Xalq artistləri bu sərgidə bir araya gəldilər - fotolar

Xalq artistləri bu sərgidə bir araya gəldilər -  fotolar
921 dəfə oxunub
  • A-
  • A
  • A+

Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt şəhər İcra Hakimiyyətinin, şəhər Mədəniyyət və Turizm idarəsinin və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının əməkdar rəssamı Əşrəf Heybətovun 65-illik yubileyi münasibətilə sərgi keçirilib.

Axşam.az-ın məlumatına görə, “Torpaq və insan” adlı fərdi sərgidə rəssamın 47 ədəd rəsm əsəri, 21 ədəd qəzet materialı və 11 ədəd keçirilmiş sərgilərin afişaları nümayiş olunub.

Sərgini giriş sözü ilə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov açaraq yubilyarı təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, Milli Məclisin deputatları Xanhüseyn Kazımlı, Tahir Mirkişili, Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Teymur Səmədov, xalq şairi Sabir Rüstəmxanlı, xalq artistləri Rasim Balayev, Fəxrəddin Manafov, əməkdar artist Elza Seyidcahan, əməkdar rəssam Vaqif Nəzirli və digərləri çıxış edərək Əşrəf Heybətov haqqında xatirələrini və ürək sözlərini bölüşüb, xoş arzularını çatdırıblar.