Tanınmış model intihar etdi

Tanınmış model intihar etdi
5604 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən ilin noyabrında Braziliyada təşkil olunan "Omba gözəli" müsabiqəsində Paraiba ştatını təmsil edən model Debora Dantas intihara cəhd edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, model yaşadığı binanın dördüncü mərtəbəsindən özünü atıb. Xoşbəxtlikdən sağ qalan Deboranın belindən aşağısı iflic olub. Dantas xəstəxanadan insanlara səslənərək, “Xahiş edirəm, mənim üçün dua edin" deyib.

Yaxın dostlarından biri modelin uzun müddətdir depressiyada olduğunu bildirib. Gənc modelin intihardan öncə ifrat dərəcədə spirtli içki qəbul etdiyi iddia edilir. Həkimləri xəstənin müalicəsinin uzun müddət davam edəcəyini bildiriblər. Onun ömürlük iflic qalacağı da istisna edilmir.