Səyyad Əlizadənin klipindəki qız öldü

Səyyad Əlizadənin klipindəki qız öldü
7942 dəfə oxunub
  • A-
  • A
  • A+

O, “Gənclik” metrosunda qatarları qəbul edib yola salan növbətçi olub

Dünən gecə aeroport yolunda başverən qəzada həlak olan qız  Bakı metropolitenində çalışırmış.

Axşam.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Günay Məmmədova “Gənclik” metrosunda qatarları qəbul edib yola salan növbətçi xanım olub.

Onu dünən gecə saatlarında Heydər Əliyev prospektində maşın vurub. Hadisə şahidləri  bir neçə maşının Günay Məmmədovanın üstündən keçdiyini bildirib.

Qeyd edək ki, 1991-ci ildə doğulan Günay Məmmədova Səyyad Əlizadənin “Bizim Metropoliten” klipində də çəkilib.