Ankarada Azərbaycan gecəsi - fotolar

Ankarada Azərbaycan gecəsi -  fotolar
843 dəfə oxunub
  • A-
  • A
  • A+

Ankaranın Keçiörən rayon bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən 7-ci Beynəlxalq Ramazan Festivalı çərçivəsində Azərbaycan gecəsi təşkil olunub. Bu münasibətlə bələdiyyənin təşkilatçılığı və Türkiyədəki səfirliyimizin dəstəyi ilə festivalın keçirildiyi sahədə qurulan “Azərbaycan evi”nin açılışı olub.

Axşam.az xəbər verir ki, açılış mərasimində səfirliyimizin əməkdaşları, Ankaradakı diplomatik nümayəndəliklərin rəhbərləri, QHT, KİV və ölkə ictimaiyyətinin təmsilçiləri yer alıblar. 

Keçiörən rayon bələdiyyəsinin sədri Mustafa Ak, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu, Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov və Ankaradakı səfirliyimizin müşaviri Ramil Qurbanov mərasimdə çıxış ediblər.

Çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışıblar. Bu ənənəvi festivalda “Azərbaycan evi”nin qurulması iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinə dair daha bir nümunə kimi dəyərləndirilib.

Ziyarətçilərə “Heydər Əliyev” və “İlham Əliyev” kitabları ilə yanaşı, “İrs-Miras” və “Diplo Atlas” jurnalları, Azərbaycan həqiqətlərini təbliğ edən digər əyani vəsaitlər hədiyyə olunub. (AzərTac)