Azərbaycanlı modelin əri Alişanla qalmaqalda

Azərbaycanlı modelin əri Alişanla qalmaqalda
1234 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı, aktyor Tolqa Karel Alişanın aparıcılıq etdiyi verilişdə “Tolqa barda girov qaldı” ifadəsinə görə müğənniyə sərt cavab verib.

Axşam.az-ın Türkiyə mətbuatına isinadən verdiyi məlumata görə, aktyor Alişan haqda sərt ifadələr işlədib:

“Alişan mənim haqda “Tolqa gecələr barda girov qaldı” deyib.  Cəhalət başqa şeydir. Nə qədər malın, mülkün olsa da, fərq etməz. Alişan yaxşı ifaçıdır, yaxşı da lahmacun yeməyi var. Amma bu sözləri mənim xətrimə dəydi”.

Daha sonra Alişanın “Tolqa artıq heç bir rejissordan rol ala bilmir” ifadəsinə münasibət bildirən aktyor “mən onun reytinqindən 10 qat artıq iş alıram. O, mənim “Bir zamanlar Osmanlı Kıyam” filmindən qovulduğum haqda danışıb. Seialdan qovulmamışam, öz istəyimlə oradan ayrılmışam” deyib.

Nigar MƏHƏRRƏM