Azərbaycanlı model müsabiqədən əliboş qayıtdı

Azərbaycanlı model müsabiqədən əliboş qayıtdı
3088 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə keçirilən “Miss Exclisusive of the World 2013” müsabiqəsi başa çatıb.

Axşam.az-ın məlumatına görə, dünyanın bir çox yerindən gözəllərin qatıldığı müsabiqədə Azərbaycanı model Maya Cəfərova təmsil edib.

34 fərqli millətdən olan modellərin qatıldığı müsabiqə 9 ölkədə canlı yayımlanıb.

Ötən gün final mərhələsi baş tutan yarışmada ilk gündən diqqət mərkəzində olan Gizem Koçak birinci olub.

Tərkibində Atıl Kuloğlu, Çağla Kubat, Emre Altuğ, Ertan Kayıtken, Özlem Yıldız, Uğurkan Erez, Zahidə Yetiş, Süreyya Yalçın, Diana Monaja və digərlərini yer aldığı münsiflər heyəti ikinci yerə Kosovadan olan Merona Tarakunu layiq görüb. Müsabiqənin üçüncüsü isə israilli gözəl Lili Riç seçilib.

Bununla yanaşı litvalı Qreta Mikalauskite “bikini gözəli”, israilli Lili Riç “Ən yaxşı geyim geyinən model”, ukraynalı Alyona Berkovski “Ən yaxşı milli geyim” gözəli seçilib.