Bakıda musiqi bayramı keçirilib

Bakıda musiqi bayramı keçirilib
483 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə musiqi bayramı təşkil olunub.

Axşam.az xəbər verir ki, Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez çıxış edərək Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrindən söz açıb. Diplomat ölkələr arasında mədəniyyət sahəsində inkişafın hər zaman diqqət mərkəzində olduğunu bildirib.

Azərbaycanın tolerant bir ölkə kimi dünyada tanındığını deyən diplomat Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olmasını yüksək qiymətləndirib.

Tədbirdə Fransanın “The Voice” televiziya proqramının iştirakçısı, həmyerlimiz Araz Hümbətov, eyni zamanda “SubHe”, “Les Gamins + Fafee” qrupları, həmçinin Bakıdakı Fransa liseyinin solistləri və “Səs Azərbaycan” musiqi yarışmasının iştirakçıları olmuş - Hüseyn Abdullayev, Ağamehdi Mirzəyev, Ləman Dadaşova və Nigar Hüseynli çıxış ediblər. (AzərTac)