“Baladadaşın toy hamamı” nümayiş olunacaq

“Baladadaşın toy hamamı” nümayiş olunacaq
725 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Musiqili Teatrında xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyası növbəti dəfə nümayiş olunacaq.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Axşam.az-a bildirib ki, tamaşanın nümayişi iyunun 25-də keçiriləcək. Teatrla filmin sintez edildiyi, adət və ənənələrimizin, xüsusilə Bakı kəndlərinin özünəməxsus koloritinin ustalıqla əks olunduğu səhnə əsəri ilk premyera günündən bəri tamaşaçıların böyük marağına səbəb olub və mövsümün ən çox tələb olunan tamaşaları sırasındadır.

Qeyd edək ki tamaşanın quruluşçu-rejissoru, xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.
 
Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Çingiz Əhmədov, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Nadir Xasıyev, Rəsmiyyə Nurməmmədova,Əmrah Dadaşov, Mehriban Zalıyeva, Gülcahan Salamova, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Fərid Rzayev, Gültac və Hüseyn Əlililər, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Elçin İmanov, Şaban Cəfərov, Elxan İsmayılov, Rahib Məmmədzadə və başqaları ifa edirlər.