Bakı Uşaq Teatrı yeni layihəyə start verib

Bakı Uşaq Teatrı yeni layihəyə start verib
332 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrı həftənin şənbə və bazar günləri axşam saatlarında şəhərimizin sakinləri və paytaxtımızın qonaqlarının asudə vaxtlarının səmərəli və maraqlı təşkili məqsədilə yeni layihəyə start verib.

Baş İdarədən Axşam.az-a bildirilib ki, yay aylarında açıq havada hər həftə sonu, şənbə və bazar günləri 19:00-dan 21:00-dək Səbail rayonunda yerləşən Xaqani bağında teatrın repertuarında olan maraqlı tamaşalar nümayiş etdiriləcək, balacalar üçün müxtəlif əyləncəli oyunlar və şoular təşkil olunacaqdır.

Qeyd edək ki, adı çəkilən ünvanda mayın 28-dən başlayaraq təqdim olunan səhnə əsərləri sırasında rejissor İntiqam Soltanın quruluşunda “Ağıllı Tülkü”, “Fidan və Qoğal”, “Göyçək Fatma” və digər tamaşalar nümayiş edilib.