Azərbaycanda dolma festivalı keçiriləcək

Azərbaycanda dolma festivalı keçiriləcək
1850 dəfə oxunub
  • A-
  • A
  • A+

İyulun 1-də Mədəniyyət və Turizm Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə birinci beynəlxalq dolma festivalı keçiriləcək.

AMKA-dan Axşam.az-a bildirilib ki, festivalda bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan 300 növ dolma yeməkləri sərgilənəcək.

Həmçinin, festivalda Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslar tərəfindən hər ölkənin ənənəsinə uyğun hazırlanan xörəklər nümayiş olunacaq.