Şamaxıya səfər başa çatdı

Şamaxıya səfər başa çatdı
478 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Musiqili Teatrı Şamaxı rayonunda qastrol səfərində olub.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, yaradıcı kollekti Şamaxılı teatrsevərlərə Faiq Sücəddinov və Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” iki hissəli musiqili komediyası təqdim edib.

Şamaxı rayon Mədəniyyət Mərkəzində nümayiş olunan səhnə əsəri tamaşaçıların böyük marağına səbəb olub.

Maraqlı və komik hadisələrlə zəngin olan tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, dirijoru Fəxrəddin Atayev, xormeysteri Əməkdar Artist Vaqif Məstanovdur.

Tamaşada rolları xalq artisti, İlham Namiq Kamal, əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Elçin İmanov, Gültac Əlili, Elxan İsmayılov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov canlandırıb.

Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Dövlət Musiqili Teatrı O.Zülfüqarov və R.Heydərin “Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşası ilə Masallı rayonunda, V.Ulanovski və V.Orlovun “Qızıl cücə” iki hissəli musiqili nağıl-tamaşası ilə isə Xaçmaz rayonunda çıxış edib.