Müğənni Rəqsanə: "Qızım ailə quran yaşda deyil"

Müğənni Rəqsanə: "Qızım ailə quran yaşda deyil"
2991 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rəqsanə ötən həftə mətbuatda qızı Aysunu sevgilisindən gizlətmək məqsədi ilə Moskvaya aparması haqda çıxan xəbərlərə münasibət bildirib.

Qeyd edək ki, xəbərdə müğənninin qızını sevgilisindən ayırmaq və onu şou-biznesdə görmək istədiyi bildirilib:

“O, həmçinin balaca qızı Yağmuru da Moskvada bağçaya qoyub. Bütün bunlara səbəb müğənninin qızını sevgilisindən ayırmaq və onu şou-biznesdə görmək arzusudur. Elə Rəqsanənin qızına təmtəraqlı ad günü törəni keçirməsi və bahalı hədiyyələr bağışlaması da Aysunun könlünü almaq məqsədi daşıyıb. Anasının bu addımı sevgilisindən heç cür ayrılmaq istəməyən Aysun tərəfindən pis qarşılanıb. Hətta buna görə ana ilə bala arasında inciklik yaşandığı da deyilir”.

Övladının adı hallanan məlumatdan qəzəblənən sənətçinin mövqeyi sərt olub. 

Axşam.az-ın məlumatına görə, müğənni bununla bağlı açıqlama yayıb:

“Mən bunu reytinq xatirinə yayılan bir xəbər adlandırıram. Mən sənətçiyəm və cəmiyyətin marağını çəkdiyimdən, barəmdə yayılan hər hansı yazının mahiyyətindən, bəlkə də, bu qədər qəzəblənməzdim. Lakin xəbər həqiqəti əks etdirməyəndə lazımı tədbirimi görürəm. Mənim övladımın adının belə bir yazıda yalandan şişirdilməsi sərt açıqlama yaymağıma səbəb olub. Qəti şəkildə bildiriəm ki, heç kim övladlarımın adını həqiqətə söykənməyən yalançı məlumatda hallandırmaq ixtiyarı yoxdu. Onlar mənim mühafizəm altındadırlar. Ayaqlarına daş dəyməsini istəmirəm. Aysuna gəlincə, o, ailə quran yaşda deyil. Yaxın gələcəyini sırf karyerası üzərində qurub. Ailə qurmaq yaşına gələndə, mən kimlə məsləhət bilsəm, onunla da nigaha daxil olacaq. Bu, bizim ailə qərarımızdır.

Aysunu Moskvaya karyerasını artrmaq məqsədi ilə gətirmişəm. Bunu mətbuatda dəfələrlə hallandırmışıq. Kiçik qızım Yağmuru da uşaq bağçasına yazdırdım. Anam yanımızdadı. Hazırda şəkər xəstəliyinə görə, ayağında yaranan problemdən xəstəxanada müalicə alır. Evə buraxılandan sonra onun da nəzarəti üəzrlərində olacaq” – deyən Rəqsanə bildirib ki, cəmiyyət arasında qızının müğənni olacağı xəbəri də onu narahat edir.

“Bizə məxsus xəbərlərin şərhlərində oxuyuram ki, insanlar Aysunun müğənni kimi hədəfə alırlar. Qəti şəkildə bildirirəm ki, Aysunu nə müğənni, nə aktrisa kimi görmürəm. Onu ümumiyyətlə, şou-biznes üçün hazırlamıram. Modelyer olacaq. O, bəzi sənətçilərə sevə-sevə geyimlər tikir, amma bu, onun şou-biznes adamı olduğu demək deyil”.

Sonda Rəqsanə xəbərdarlıq edib ki, övladları haqqında dezinformasiya yayan hər bir kəs əlində sübutu olmadığı təqdirdə hüquqi yolla cəzalandırılacaq.