Oksana və aparıcının ittihamlarına cavab gəldi

Oksana və aparıcının ittihamlarına cavab gəldi
1949 dəfə oxunub
  • A-
  • A
  • A+

“Lazım gəlsə, evimi satıb layihəni həyata keçirəcəm”

Teleaparıcı Tural Ozan və rəqqasə Oksana Rəsulova Türkiyə və Azərbaycanın birgə layihəsi olan “Acıtan yürek” filmində rol almayacaqlarını, filmin təşkilatçısının onları aldatdığını mətbuata bəyan edib.

Axşam.az xəbər verir ki, filmin təşkilatçısı Günel Abdulayeva “Qafqazinfo”nun redaksiyasına gələrək teleaparıcı və rəqqasənin iddialarının əsassız olduğunu bildirib:

“Tural Ozan və Oksana Rəsulova qeydiyyatdan keçməyib. Onlar film haqqında şayiəni yeni layihələrinin piarı üçün yayıblar. Onlar iddia edirlər ki, kastinqə 500 adam gəlib. Mən də siyahı var, 124 nəfər gəlib. İzmirdə serial üçün müraciət edilənlərdən pul alındığı bildirilir. Həmin şəxslərin valideynləri buradadır. Biz Turala demişik ki, bizə xanım iştirakçı lazımdır, xanımları kastinqə cəlb edə bilərsənsə, bizə kömək et. Sənədləşmə və foto üçün iştirakçılardan 100 manat alınıb. Çünki heç bir fotoqraf pulsuz şəkil çəkmir. Təşkilat komitəsinə yaxınlaşıb pul ödəməyən iştirakçılar da var. Oksanaya heç bir baş rol təklif etməmişəm. O, mənim üçün maraqlı sima deyil. Oksana kimdir ki, Elşad Xose onu aldadır, birinci əri aldadır, Hindistan aldadır? Filmin gecikməsinə səbəb bəzi iştirakçıların layihədən çıxmasıdır. Lazım gəlsə,  evimi satıb layihəni həyata keçirəcəm.

Tural Ozan deyir ki, “Google”da Cansu Kırdar Irmak adlı  rejissor yoxdur. O, boş-bekar adam deyil ki, bütün günü sənin kimi “Facebook”da otursun.  Onlar bizi məhkəməyə verə bilməz. Çünki bizimlə müqavilələri yoxdur. Filmdə türk aktyorlardan Saruhan Hüner rol alacaq”.