Kök model Rozi Merkadonun arıqladıqdan sonra yeni fotoları yayılıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ümumilikdə 108 kiloqram arıqlayan Rozinin arıqlama prosesi 5 il çəkib:
"İlk 50 kiloqramı fitnesin, qaçışın köməyi ilə atdım. Digər 50 kiloqramı mədə kiçiltmə əməliyyatı ilə ata bildim. Daha sonra estetik əməliyyat, pəhriz, həftənin hər günü idman etməklə buna nail oldum".
Rozi hazırda 77 kiloqramdır. O, artıq-tez-tez reklam təklifləri alır.