"Adagio"nun premyerası keçiriləcək

"Adagio"nun premyerası keçiriləcək
274 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Pantomima Teatrının kollektivinin bu ilin yanvarında məşqləeinə başladığı Bəxtiyar Xanızadənin "Adagio" (poetik düşüncə) tamaşasının premyerası olacaq.

Axşam.az-ın məlumatına görə, premyera iyulun 2-də və 3-də saat 18:00-da baş tutacaq. 

Tamaşanın quruluşçu rejissoru xalq artisti Bəxtiyar Xanızadə, əməkdar artist Nargilə Qəribova, quruluşçu rəssam əməkdar artist Nargilə Qəribovadır.

Tamaşada rollarda əməkdar artist Nargilə Qəribova, aktyorlar Bəhruz  Əhmədli, Nurlan Rüstəmov, Elnur İsmayılov, Ceyhun Dadaşov, Solmaz Bədəlova, Səbinə Hacıyeva, Səbirə Həsənova, Rafiz Mehdizadə, Nuridə  Musabəyli, Cavad  Nuriyev, Leyla  Atayeva iştirak edirlər.