Di Kaprionun keçmiş sevgilisi türkiyəli müğənni ilə

Di Kaprionun keçmiş sevgilisi türkiyəli müğənni ilə
2077 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli sənətçi Bülənt Sərtaş “Bodrum” mahnısına çəkdirdiyi klipdə məşhur model, Leonardo Di Kaprionun keçmiş sevgilisi Aferdita Dreşaja ilə birlikdə kamera qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, cütlüyün səmimi görüntüləri diqqətdən qaçmayıb. Model klipin lenta alındığı Bodruma heyran qaldığını deyib.

Klipində rol aldığı Büləntin çox yaxşı insan olduğunu söyləyən Aferdita onun ünvanına təriflər yağdırıb:

“Bu, Büləntlə ikinci işbirliyimizdir. Çox gözəl insandır. Nə vaxt istəsə, yenə onun üçün Türkiyəyə gələrəm. Bodrum çox gözəl yerdir. Üç gün burada qalmaqdan doymadım”.