Aygün Kazımova: "Zəngilan və Qubadlı döyüşlərində iştirak etmişəm"

Aygün Kazımova: "Zəngilan və Qubadlı döyüşlərində iştirak etmişəm"
2792 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımovanın yeni videosu yayılıb.

Axşam.az-ın məlumatına görə, müğənninin xarici televiziyaların birinə verdiyi müsahibənin kiçik video görüntüsü YouTube kanalında yerləşdirilib.

A.Kazımova həmin televiziyanın əməkdaşıyla söhbəti zamanı ingilis dilini bilmədiyi üçün Azərbaycan dilində danışıb.

Əynində hərbi geyim olan müğənni müharibə ilə bağlı yeni klip çəkdirdiyini, işğal altında olan Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə təxminən 1 ay iştirak etdiyini bildirib.

Maraqlıdır ki, A.Kazımova Qarabağ müharibəsində iştirak etməsi ilə bağlı heç bir zaman danışmayıb.

Məsələylə bağlı müxbirimiz müğənninin prodüseri Tarix Əliyevlə əlaqə saxlayıb. O, Aygün Kazımovanın hazırda ölkə xaricində olduğunu və bu səbəbdən heç bir açıqlama verə bilməyəcəyini deyib.

Sözügedən video Youtube kanalına 2012-ci ilin iyulunda yerləşdirilib.