Qoqolun “Müfəttiş”i Bakıda

Qoqolun “Müfəttiş”i Bakıda
352 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Müfəttiş” tamaşasının premyerası olub.

Axşam.az xəbər verir ki, N.V.Qoqolun eyniadlı pyesi və Sabit Rəhmanın tərcüməsi əsasında səhnələşdirilən iki hissəli səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Səhnə əsərində obrazları xalq artistləri Rafael Dadaşov və Ramiz Novruz, Rafiq Əzimov, Əməkdar artistlər Elşən Cəbrayılov Şəlalə Şahvələdqızı, Nigar Güləhmədova, Kazım Həsənquliyev, Məzahir Cəlilov, Elxan Quliyev, Aslan Şirin, Elnur Qədirov, Əlvida Cəfərov, Firuz Xudaverdiyev, aktyorlar Rövşən Kərimduxt, İlahə Həsənova, Rəşad Bəxtiyarov, Ramin Şıxəliyev, Cümşüd Zeynalov və Elgün Həmidov canlandırıb. Tamaşa maraqla qarşılanıb.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşa bu gün də nümayiş olunacaq.