Bu qızlar Bakıya gəlir

Bu qızlar Bakıya gəlir
3472 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın məşhur, 3 cazibədar qızdan ibarət “Serebro” qrupu Bakıya gəlir.

Bu haqda Axşam.az-a konsertin təşkilatçısı, “A plus production”ın rəhbəri Əli Hüseynov məlumat verib.

Onun sözlərinə görə, qrupun konserti 14 sentyabr Bakının “Jumeirah Bigh Hotel”ində baş tutacaq.

Konsertdə DJ-lər Çina və Ruazla yanaşı “Yeni ulduz” müsabiqəsinin, “Eurovision” Milli seçim turunun iştirakçısı Ülvi Rəşidov də çıxış edəcək.

“Uzun zamandır bu qrupu gətiməyi düşünürdüm. Axır ki konsertin əsas təşkilatçılarından biri olan Elşən Səfərovla ortaq qərara gəldik. Sürprizlərlə dolu gecə vəd edirik. Yayın ən son partlayışı məhz bu konsert olacaq” - deyə Əli Hüseynov əlavə edib.

Qeyd edək ki, 20:00-da başlayacaq konsertin təşkilatı dəstəyi "KKM  production"dır.