Midlton Şahzadəyə xəyanət etdi?

Midlton Şahzadəyə xəyanət etdi?
2447 dəfə oxunub
  • A-
  • A
  • A+
Hersoqinya Kamilla Parker Boulz bir müddət əvvəl ana olan, Şahzadə Uilyamın həyat yoldaşı Keyt Midltonu xəyanətdə günahlandırıb.

Axşam.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Kamilla uşağın Uilyamdan olduğunu sübut etmək üçün “DNT” analizi istəyib. O, Şahzadə ailəsinin varisi Corcun Uilyamdan olduğuna şübhə edir.

İngiltərə internet portalı “Showbiz Spy”ın yazdığına görə, bu xəbəri eşidən II Yelizavetə şokdadır.

Bir müddət əvvəl ana olan Keyt hazırda özünü çox tənha hiss edir. O, ailə qurduqdan sonra bütün rəfiqələri ilə əlaqəni kəsdiyi üçün, ətrafında heç kimin olmamasından şikayətlənib.

Qeyd edək ki, Kamilla Parker Boulz İngiltərə Şahzadəsi Diana rəhmətə getdikdən sonra Prins Çarlzlə ailə həyatı qurub.