"Telman İsmayılov diqqətini məndən əsirgəmədi"

"Telman İsmayılov diqqətini məndən əsirgəmədi"
2838 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış teleaparıcı və psixoloq İlham Mirzəyev Türkiyədən müalicədən qayıdıb.
 
Axşam.az-ın məlumatına görə, teleaparıcı ANS PRESS-ə açıqlamasında qardaş ölkədə müalicə almaqla yanaşı, istirahət etdiyini bildirdi:

"Boynumdan aldığım zədə mənə əziyyət verirdi və üstəlik həkimlərin diaqnozu da məni qorxutdu. Təcili şəkildə müalicə almağa qərar verdim.

Ailəmlə birlikdə Türkiyəyə yollandım. Antalyada "Mardan Palace"da 10 gün həm dincəldim, həm də müalicə aldım. Gündüzlər bir neçə saat Antalyada xəstəxanada müalicəmi alırdım. Günün qalan hissəsini ailəmlə birlikdə dincəlirdim. 10 gün Antalyada qaldıqdan sonra İstanbula gəldim və daha 5 gün Hilton oteldə dincəldik. Son aylar ailəmlə birlikdə yaşadıqlarımız bizi tamam əldən salmışdı və dincəlməyə ehtiyacımız var idi. Boynumdan aldığım zədə, keçirdiyim streslər sağlamlığıma ciddi ziyan vurdu. Bir kurs müalicə aldım, amma müalicəm hələ davam edəcək. Çünki bir kursla bitən məsələ deyil. Mən burada olmayanda barəmdə yazılanlara cavab vermək istəmirəm. Müalicə olduğum xəstəxanadan aldığım bütün sənədləri məhkəməyə təqdim edəcəm. Mənə şər və böhtan atdıqları üçün onlar məhkəmə qarşısında cavab verəcəklər."

İlham Mirzəyev istirahət etdiyi otelin sahibi azərbaycanlı biznesmen Telman İsmayılovdan böyük diqqət və hörmət gördüyünü deyir:

"Sağ olsun yaxşı insanlar. Nə yaxşı ki, bu dünyada yaxşı insanlar var. Telman bəy mənim orada dincəldiyimdən xəbər tutduqda öz diqqət və qayğısını bizdən əsirgəmədi. Otelində qaldığım müddətdə dünyanın dörd tərəfindən orada dincəlməyə gəlmiş azərbaycanlılarla görüşlərim təşkil edildi. Çıxışlarımda Azərbaycanın son illər qazandığı uğurlardan, möhtərəm prezidentimiz İlham Əliyevin ölkəmiz üçün gördüyü işlərdən söz açıb, qarşıda gələn prezident seçkilərində hər kəsi ona səs verməyə çağırdım."

Dünyanın ən varlı adamlarından biri olan Telman İsmayılov teleaparıcıya qızıl və gümüşlə işlənmiş əl işi olan Müqəddəs Quran kitabı və "Mardan Palace"ın leybolu qızıl əqrəb bağışlayıb. Hündürlüyü 40 sm, eni 20 sm ölçülü qızıl əqrəbin çəkisi təxminən 500 qramdır. İlham Mirzəyev Quranın qiymətsiz olduğunu qeyd etdi: "Telman İsmayılov mənim Allah adamı olduğumu görüb, mənə belə bir gözəl hədiyyəni etdi. Bu Quranın qiyməti yoxdur. Çünki əl işidir və kitabın öz üzəri əl işi ilə qızıl və gümüşlə işlənib, vərəqləri qızıl suyuna salınıb. Qabı bütünlüklə qızıl və gümüşdən ibarətdir. Xüsusi olaraq hazırlanmış bu müqəddəs kitabın qiyməti yoxdur."