Alman turistlər ötən il altmış üç milyard pul xərcləyib

Alman turistlər ötən il altmış üç milyard pul xərcləyib
758 dəfə oxunub
  • A-
  • A
  • A+

Alman turistlər 2012-ci ildə öncəki illərlə müqayisədə daha çox pul xərcləyib.

Axşam.az-ın məlumatına görə, ötən il almanların istirahət məkanarında xərcləri 3,5 faiz artıb.

"Kommerzbank"  tərəfindən aparılan araşdırmalara  görə, almanlar ötən il ölkə xaricində 63,8 milyard avro xərcləyiblər. Bank bu il də almanların istirahət məkanlarında xərclərinin 4 faiz artaraq 66 milyard avroya yüksələcəyini proqnoz edib. 

Almanların ən çox pul xərclədiyi ölkə kimi birinci yerdə 7,1 milyard avro ilə İspaniya, ikinci yerdə 6,8 milyard avro ilə Avstrya, üçüncü yerdə isə 6 milyard avro ilə İtaliya qərarlaşıb.