Məşhur müğənniyə Bakıda nərd öyrətdilər

Məşhur müğənniyə Bakıda nərd öyrətdilər
2665 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyalı müğənni Qlyukoza ötən gün Azərbaycana gəlib.

Axşam.az-ın məlumatına görə, sənətçi Bakını gəzintiyə çıxıb və şəhər haqda təəssüratlarını sosial şəbəkədə yazıb:

“Bakı küləklər şəhəridir. İçərişəhər qədim arxitektura ilə müasirliyin sintezidir. Burada hər şey gözəldir.

Qədimdə qadınlar bu qara dəmirlərin yanında dayanaraq övlad diləyirmişlər. Deyilənə görə, hələ də buraya gəlib, Allahdan uşaq arzulayan xanımlar olur.

Burada yerli kişilər mənə nərd oynamağı da öyrətdilər. Heyif ki, gəzinti sona çatdı. Mən bu şəhərə aşiq oldum”.

Qeyd edək ki, Qlyukoza bu gün “Sea Breeze”də konsert proqramı ilə çıxış edəcək.