Fərdanın tamaşasında nələr oldu?

Fərdanın tamaşasında nələr oldu?
2489 dəfə oxunub
  • A-
  • A
  • A+
Yumor ustası Fərda Xudaverdiyevin uzun müddətdir hazırlaşdığı “Stand up” şousu ötən gün baş tutdu.

Axşam.az-ın məlumatına görə, “Yaşıl Teatr”da gerçəkləşən proqram maraqlı anlarla yadda qalıb.

Çıxışı ilə tamaşaçıları güldürən Fərda bir neçə fərqli mövzuya toxunub.

“Stand up” şousunu izləməyə gələnlər arasında meyxanaçı Namiq Qaraçuxurlu, müğənni Emil Bədəlov, Zamiq Hüseynov, Günay İbrahimli, Yaşar Cəlilov, aktyor Elməddin Cəfərov və başqaları yer alıb.

Musiqili tamaşanın təşkilatçısı Nahid Emiloğlu idi.

Foto: Rəşad Abbasov