"Səninlə qocalmaq istəyirəm" demişdi, amma... - fotolar

"Səninlə qocalmaq istəyirəm" demişdi, amma... - fotolar
7397 dəfə oxunub
  • A-
  • A
  • A+
35 yaşlı braziliyalı model Adriana Lima bir ildir birgə olduğu sevgilisi Coe Tomasdan ayrılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Mikonosda tətilə gedən və İnstaqram hesabından Coe ilə bütün fotolarını silən Limanın sevgilisi ilə münasibətlərinin son zamanlar yolunda olmadığı öyrənilib. Onlar sonuncu dəfə Kann film Festivalı və "amfAR" qala gecəsində görünmüşdlər. Lima heç zaman Coeyə olan sevgisini nümayiş etdiri, kameralar qarşısında onunla öpüşməkdən çəkinməzdi. Adriana ona "səninlə birgə qocalmaq istəyirəm" demişdi.

Qeyd edək ki, A.Lima serb bastebolçu, keçmiş həyat yoldaşı Marko Yariçdən 2014-cü ildə boşanmışdı. Onların iki qızı dünyaya gəlib.

Xatırladaq ki, model futbolçu Xedira ilə istirahətdədir.