Yeganə boşanması ilə bağlı xəbərlərə son qoydu

Yeganə boşanması ilə bağlı xəbərlərə son qoydu
3269 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddətdir Azərbaycan şou-biznesindən uzaqlaşan müğənni Yeganə geri qayıtmaq qərarına gəlib.

Axşam.az-ın məlumatına görə, müğənni bildirib ki, onun buradan uzaqlaşmasına səbəb haqqında yayılan dedi-qodular olub:

“Gah deyirlər Yeganə boşanıb, gah da deyirlər ikinci dəfə ana olmağa hazırlaşır. Hamısı yalandır. Mənim gözəl ailəm var və çox xoşbətəm. Bunlar məni çox incidir. Hazırda yeni layihələr üzərində işləyirəm. Azərbaycanda mənim qədər yenilik edən, mahnı yazdıran müğənni yoxdur. Başqaları bir mahnı yazdırıb, o qədər reklam edirlər ki, baxan deyir bu nə qədər iş görüb.

Qərar verdim ki, sənətimlə məşğul olum və hər işimi reklam edim. Həm Türkiyədə, həm də burada albomlarım çıxacaq. Məşhur türk bəstəkarları ilə işləmək istəyirəm. Ötən albomumda Selami Şahin, Sərdar Ortac, Tarkan kimi məşhurların mahnıları var idi. Bu dəfə isə digər məşhurlara müraciət etmişəm.

Azərbaycanda isə heç bir bəstəkarla işləməyəcəm. Ancaq xalq və aşıq mahnıları oxuyacağam. Bir də ilk dəfə duet ifa etmək niyyətim var.

Klip çəkilişinə isə ancaq yazda başlayacağam. Bu günə kimi bütün kliplərim soyuq havada çəkilib. Bundan sonra qərar vermişəm ki, yayda klip çəkdirəcəyəm”.