Rus Dram Teatrı 93-cü mövsümə başlayacaq

Rus Dram Teatrı 93-cü mövsümə başlayacaq
897 dəfə oxunub
  • A-
  • A
  • A+
Sentyabrın 15-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 93-cü teatr mövsümünə başlayır.

Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, gündüz seansında nümayiş etdiriləcək Valentina Reznikovanın “Maşa və Ayı” səhnə əsəri mövsümün ilk tamaşası olacaq. Həmin gün axşam seansında isə Vasili Stanilovun “Opera Mafiozo” kriminal komediyası nümayiş etdiriləcək.

Yeni mövsümün ilk ayında teatrsevərləri Rus Dram Teatrında maraqlı tamaşalar gözləyir. Sentyabrın 20-də Nizami Gəncəvinin eyniadlı poeması əsasında “Yeddi gözəl” tamaşasının, sentyabrın 22-də isə Andrey İvanovun “Adaxlı çağırmısınız, qızlar?” komediyasının premyeraları olacaq.

Sentyabrın 21-də isə tamaşaçılar Mark Kamolettinin “Ah, bu Anna” komediyasına baxa bilərlər.

Teatrın kollektivi balaca tamaşaçıları da həmişə olduğu kimi, diqqət mərkəzində saxlayır. Teatrın gündüz seansında sentyabrın 21-də Yekaterina Çernyakın “Gözəl Vasilisa”, sentyabrın 22-də isə Vladimir Neverovun “Nağılı tap! -2” tamaşaları nümayiş etdiriləcək.