Flora Kərimova: "Yaşlı müğənnilərlə duet oxumayacağam"

Flora Kərimova: "Yaşlı müğənnilərlə duet oxumayacağam"
879 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu yaxınlarda İsraildən qayıdan xalq artisti Flora Kərimova səfəriylə bağlı danışıb.

Axşam.az saytına açıqlamasında Flora Kərimova bildirib ki, İsrailə rəfiqəsinin ad gününü birgə qeyd etmək üçün yollanıb:

“Rəfiqəmin ad günü idi. Şəhəri gəzməyə çıxa bilməsəm də, evdə doyunca istirahət edib yorğunluğumu atdım. Bakıdan rəfiqəmə mirvari boyunbağı və kəlayağı aparmışdım".

Xalq artisti bundan sonra yaşlı nəslin nümayəndələri ilə duet oxumayacağını bildirib:

"Artıq qayıtmışam və öz işlərimlə məşğulam. Yeni mahnılarımın üzərində çalışıram. Bundan sonra ancaq gənc müğənnilərə dəstək olacağam. Qoy, onlar da səhnədə irəliləsinlər. Yaşlı müğənnilərdən gələn duet təkliflərini qəbul etməyəcəm. Yalnız Səməd Səmədov və faytonçu Nazim istisna olmaqla. Çünki onlarla duetim artıq hazırdır. Pərvin Lətifov, Elvin Abdullayev, Rövşən Civişov kimi gənc müğənnilərlə duetimi bu yaxınlarda təqdim edəcəyəm. Ramal mənim üçün Tunarın sözlərinə gözəl mahnı bəstələyib. Həmin mahnını da yaxın zamanlarda eşidəcəksiniz".