Emma Ələkbərzadə modellik edəcək

Emma Ələkbərzadə modellik edəcək
2176 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Emma Ələkbərzadə özünü model kimi sınamaq istəyir.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Facebook” səhifəsində yazıb.

O, bu günlərdə reklam təklif aldığını bildirib:

“Mənə reklamda çəkilmək üçün təklif gəldi. Fikirləşib razılaşdım. Sonra zəng edib fikirlərini dəyişdiklərini və model çəkəcəklərini dedilər. Çox güldüm... Bu cür reklamlarda modelləri çəkirlər. Niyə insanları aldadırlar? Bir çox qız tanıyıram ki, arıqladıcı qəhvələr vasitəsilə artıq çəkidən xilas olublar, amma model kimi çalışmayıblar. Belə reklamlara model çəkmək düzgün deyil. Real arıqlayan insanlar çəkilməlidir. Bundan sonra qərara gəldim ki, podiuma çıxacam və model olacam. Dünyanın çox yerində 90-60-90 ölçülü qızların podiuma çıxmağını qadağan ediblər. Hətta bunu edəni İsraildə məhkəməyə verirlər”.