Müğənnilər səhnəyə nə qədər pul xərcləyir?

Müğənnilər səhnəyə nə qədər pul xərcləyir?
1323 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya ulduzları verdikləri konserti gerçək bir şouya çevirir.

Geyim, səhnə dekorasiyası və işıqlar üzərində böyük təşkilatçılar çalışır.
 
Bəs görəsən, türk müğənniləri konsert zamanı səhnə tərtibatına nə qədər pul xərcləyirlər?

Axşam.az saytı Türkiyə mətbuatına istinadən məşhurların sərf etdiyi məbləği təqdim edir:

Müğənni Sezen Aksu sadə bir səhnəyə üstünlük verir, buna isə 60-70 min lirə (30-35 min manat) xərcləyir.

Hər zaman hərəkətli səhnə düzəltdirən Ajda Pekkanın buna 80 min lirəsi (40 min manata qədər) çıxır.

Sərdar Ortac səhnə dekorasiyasına 40-45 min (20-25 min manata qədər), Ebru Gündəş isə 20-30 min lirə (10-15 min mana qədər) sərf edir.

Təmtəraqlı işıqlarla bəzədilən səhnəni xoşlayan Tarkan bunun üçün 180 min lirəsindən (90 minə manata qədər) belə keçməyə razı olur.

“Kiçik çiftlik parkı” konserti ilə böyük maraq döğuran Murat Boz səhnə dekorasiyasına 300 min lirə (150 min manata qədər) xərcləyib.