Avstriyanı "Eurovision"da transvestit təmsil edəcək

Avstriyanı "Eurovision"da transvestit təmsil edəcək
6009 dəfə oxunub
  • A-
  • A
  • A+
Avstriya “Eurovision 2014” mahnı müsabiqəsində ölkəsini təmsil edəcək müğənninin adını açıqlayıb.

Axşam.az-ın “1news.az”a istinadən verdiyi məlumata görə, yarışmanın rəsmi internet səhifəsi transvestit müğənni Konçita Vurstun Avstriya adından müsabiqəyə qatılacağını bəyan edib.

Konçitanın ifa edəcəyi mahnı hələ ki, müəyyənləşməyib. Bəstənin yaxın günlərdə təqdim olunacağı qeyd edilib. Konçita Vurst “Eurovision 2012”nin seçim turlarına da qatılaraq ikinci seçilmişdi. Vurstun əsl adı Tom Nyuverzdir. Onun müğənnilik karyerası “Starmania” realiti-şousundan başlayıb. Tom “Die grobe Chance” istedadlar müsabiqəsinə Konçita Vurst obrazında qatılıb. Bundan sonra o, transvestit imicindən çıxmayıb.