Tolik Nahid və Günay İbrahimliyə söz atdı

Tolik Nahid və Günay İbrahimliyə söz atdı
3177 dəfə oxunub
  • A-
  • A
  • A+
TOLİK: “HEÇ BİR MÜĞƏNNİ ONA DEMƏYİB Kİ, MƏNƏ KONSERT KEÇİR”

N.EMİLOĞLU: “BİLET ALINMIRSA, MƏN CAMAATI ORAYA NECƏ YIĞIM?”

GÜNAY İBRAHİMLİ: “KİM NƏ İSTƏYİR DANIŞSIN”

Prodüser Tolik təşkilatçı Nahid Emiloğlu və müğənni Günay İbrahimli ilə üz-üzə gəlib.

Axşam.az-ın məlumatına görə,  tərəflər “Onlar” verilişinə açıqlamasında bir-birinin ünvanına tənqidi fikirlər söyləyib.

Tolik N.Emiloğlunu imza atdığı işləri reallaşdırmağı bacarmamaqda ittiham edib:

“Azərbaycan müğənnilərinin konsertini təşkil etməkdə birinci özüməm. Nahid nömrə bir ola bilər, amma bu işi bacarmadı. Rəqsanə mənim təşkil edəcəyim konsertə görə imtina etdi. Zamiqə xəbər göndərib. Amma o, bunu istəməyib. Heç bir müğənni ona deməyib ki, mənə konsert keçir. Hamısına özü bir-bir zəng vurub çağırıb. Oraya yığdığı müğənnilərin heç birinə konsert təşkil etməzdim. Eşitdiyimə görə, Vüqarın konsertinə cəmi iki bilet satılıb. Konserti təlabatlı sənətçi üçün etmək lazımdır. Əgər bacarırdısa, Eldarla Nigar üçün konsert keçirərdi. Konsert verən sənətçilərdən biri yalandan dedi ki, bütün biletlərim satılıb. O, gözümdən düşdü. Tamaşaçını aldada bilərsən, məni yox. Kassadan xəbərdar olan bir insanam. Günayın “Jotem” mahnısına qulaq asdım. Sözün əsl mənasında yanlış oxudu”.

Nahid Emiloğlu isə Azərbaycanda özündən başqa təşkilatçı olmadığını vurğulayıb:

“Azərbaycanda məndən başqası varsa deyin... Əgər bir müğənnini sevən yoxdursa, bileti alınmırsa, mən camaatı ora necə yığım? Bizim müğənnilərlə işləməyimə peşmanam. Amma Günay İbrahimlinin konserti ürəyimcə alındı. Kim 1200 insanı konsertə yığa bilər ki?”.

Müğənni Günay İbrahimli isə haqqında deyilən heç bir sözə önəm vermədiyini bildirib:

“Kim nə istəyir danışsın. Qüsurlar ola bilər. Çünki bu mənim ilk konsertim idi. Konsertqabağı çox sözlər deyilirdi, depressiyaya düşmüşdüm. Aygün Kazımova zəng etdi və mənə çox dəstək oldu”.