Tolik Aygün Kazımova ilə yolları ayırdı

Tolik Aygün Kazımova ilə yolları ayırdı
2073 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova və məşhur prodüser Tolik (Tarix Əliyev) yollarını ayırdılar. 

Prodüser bu barədə şəxsi "Facebook" səhifəsində bəyan edib və bu açıqlaması ilə son zamanlar gəzən söz-söhbətlərə nöqtə qoydu.

Tolik Aygün Kazımova ilə işbirliyinə son qoyduqlarını belə ifadə edib: "Bir il ərzində çalışdığım Aygün Kazımova ilə iş fəaliyyətimizə son qoyuldu. Bu, ikitərəfli razılaşma əsasında baş verdi. Hamıdan bunu düzgün formada təhlil etməyi xahiş edirəm. Fanatlara, "Facebook" istifadəçilərinin nəzərinə çatdırım ki, hazırda Aygun xanımla aramızda heç bir inciklik olmayıb. Və, ayrılmağımız normal şəkildə həyata keçdi".

Qeyd edək ki, prodüser Aygün Kazımova ilə işbirliyinə müğənniyə "Diva" titulu verməklə başlamışdı. Bunun ardınca isə Tolikin peşəkar fəaliyyətinin nəticəsi olaraq qısa müddət ərzində bir çox uğurlu layihələr həyata keçirilmişdi.

ANS PRESS