Demet Akalın uşağının adını nə qoyacaq?

Demet Akalın uşağının adını nə qoyacaq?
2893 dəfə oxunub
  • A-
  • A
  • A+

Dörd ay yarımlıq hamilə olan türkiyəli müğənni Demet Akalın ötən gün Nişantaşında görüntülənib.

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, dostları ilə görüşüb yemək yeyən sənətçi jurnalistlərin suallarına cavab verib.

D.Akalın bildirib ki, körpəsinin cinsiyyəti cümə günü müəyyənləşəcək:

“Artıq uşağın adına indidən qərar vermişik. Əgər qız olarsa Quranda adı qeyd olunan Hira, oğlan olarsa Mirali adını qoyacağıq”.