Zülfiyyə Brilliantın doğum günündə ağlayır

Zülfiyyə Brilliantın doğum günündə ağlayır
1449 dəfə oxunub
  • A-
  • A
  • A+
Sentyabrın 15-də xalq artisti Brilliant Dadaşova özünə ad günü keçirəcək.

Axşam.az-ın məlumatına görə, sənətkarın ad günü ilə əlaqədar  televiziya kanallarında müxtəlif  proqramlar hazırlanacaq.
 
Sentyanrın 14-də Brilliant xanım tamaşaçılarını İctimai televiziyanın “Səhər”indən  salamlayacaq. Sənətkarı sevənlər onu ad günündə ANS-in “Benefis” ində görə biləcəklər. Elə həmin gün bu kanalın efirində onun “Sizlərə məhəbbətlə” adlı konserti yayımlanacaq. Eyni gündə Azərbaycan televiziyasında xalq artistinin Heydər Əliyev adına sarayda keçirilən konsertinin video yazısı efirə gedəcək.

Qeyd edək ki, sənətçi dünən adıçəkilən kanalın “Səhər” proqramının qonağı olub. Sualları cavablandıran zaman o deyib ki, yaxın dostu müğənni Zülfiyyə xanım həmişə onun doğum günündə ağlayır. Brilliant xanım verilişdə etiraf edib ki, özü də doğum günündə daha romantik və sentimental olur:

“Uşaqlıqda keçirdiyim ad günlərim gözlərim önündə canlanır”.