“Qanun naminə” filminin çəkilişlərinə başlanıldı

“Qanun naminə” filminin çəkilişlərinə başlanıldı
2244 dəfə oxunub
  • A-
  • A
  • A+

Avqust ayından etibarən «Lider Tv&Radio-Azərbaycan”ın sifarişi ilə “Promix Production”ın istehsalı olan “Qanun naminə” çoxseriyalı televiziya filminin çəkilişlərinə başlanılıb.

Axşam.az-ın məlumatına görə, filmin əsas məqsədi 20-ci əsrin əvvəllərində böyük səs-küyə səbəb olmuş və cinayət axtarışı əməkdaşlarının fəaliyyəti nəticəsində üstü açılmış cinayət işlərini səhnələşdirilmiş televiziya filmi formatında tamaşaçılara çatdırmaqdır. “Qanun naminə” çoxseriyalı televiziya filminin ilk səkkiz seriyası XX əsrin 30-60-cı illərində  Azərbaycanda baş vermiş və üstü açılmış cinayət işlərinə həsr olunub. Film vasitəsilə tamaşaçı sözügedən dövrün cinayət işi hadisələri ilə tanış olmaqla yanaşı, həm də bu dövrün ab-havası və mühiti onun gözləri qarşısında canlanacaq və hadisələrin baş verdiyi dövrü müasir dövrlə müqayisə etmək imkanına malik olacaq.

“Qanun naminə” çoxseriyalı televiziya filminin ssenari müəllifi İsmayıl İmanov, rejissoru Xanlar Ağayev, quruluşçu operatoru Nadir Mehdiyev, bəstəkarı Rəşad Həşimovdur. Film tam HD formatında çəkilir və stereo səs ilə həyata keçiriləcək. Filmin çəkilişində sənədli xronikadan, arxiv materiallarından, tarixi sənədlərdən istifadə olunur. 

Baş rollarda Rasim Balayev, Əldülqəni Əliyev kimi aktyorların yer aldığı filmin ilk seriyalarının bu ilin sonuna qədər ekran üzü görməsi planlaşdırılır.