“Əgər mən kartof satanamsa…” – Dəryaya cavab

“Əgər mən kartof satanamsa…” –  Dəryaya cavab
1622 dəfə oxunub
  • A-
  • A
  • A+
Reper Hüseyn Dəryanın rejissorlarla bağlı dediyi fikirlər qalmaqal yaradıb.

Axşam.az-ın məlumatına görə, Dəryaya ilk cavabı “Pərdə” verilişində rejissor Nail Naiboğlu verib.

“Hüseyn özü bir neçə gün əvvəl zəng vurdu ki, mənə klip çək. Bakıda olmadığım üçün razılaşmadıq. Həm də o, işləri tələsik təhvil almaq istəyirdi. Əgər kartof satan olmuşamsa, niyə mənə müraciət edirdi? Görünür, Hüseyn kartof deyəndə özünü nəzərdə tutur. Biz müğənnilərlə işləyirik. Belə çıxır ki, onlar kartofdu, biz isə alıb-satırıq. Əlbəttə bu söz sənətkarlara yox, Hüseynkimilərə aiddir. Təəssüf ki, şou-biznesdə bu tip müğənnilər lap çoxdur. Kartof satmaq ayıb deyil. Telefonlarda videosu yayılmaq, şəxsiyyətini itirmək ayıbdı” – deyə o bildirib.
N.Naiboğlu həmçinin xarici kliplərdən epizodlar oğurladığını da etiraf edib:

“Bəzən müğənniyə hansısa xarici klipi göstərirəm ki, sənin sifarişində bundan istifadə edəcəm. O da razılaşır. Mən buna pis baxmıram. Təbii ki, öz ideyalarım olur. Hətta bəzən görürəm ki, ideyamı əcnəbi rejissorlar oğurlayır”.

Xatırladaq ki, bir müddət öncə reper H.Dərya açıqlamasında bəzi rejissorları kartof satan adlandırmışdı: “Şou-biznes aləmində klipmeyker yoxdur. Eləsi var ki, rayonda kartof satan olub, gəlib burda bir az montojor işləyib, sonra keçib klip çəkməyə. Bir yerdə ki, rejissor heç nə etmir, niyə ona iş verməliyəm?”.