“Forsaj 6” Azərbaycanda böyük ekrana gəldi

“Forsaj 6” Azərbaycanda böyük ekrana gəldi
3068 dəfə oxunub
  • A-
  • A
  • A+
Universal Pictures kinokompaniyası filmlərinin Azərbaycanda nümayişinə razılıq verib

Park Cinema ilə Universal Studios şirkəti şirkəti arasında əldə edilmiş razılığa əsasən, bundan sonra Universal Pictures filmləri ölkəmizdə dünya kinoteatrları ilə eyni gündə premyeraya çıxacaq.
 
Qeyd edək ki, may ayında ekranlara çıxan “Forsaj 6” filmi razılaşma olmadığından yerli izləyicilərə göstərilməmişdi.
 
Avtomobil həvəskarlarının böyük marağına səbəb olan “Forsaj 6” filmi artıq sentyabrın 5-dən Park Cinema şəbəkəsində nümayiş olunur. 
 
Sentyabrın 13-də filmin qapalı seansı keçiriləcək. Qapalı seansa filmin baş qəhrəmanlarından olan Dodge Charger avtomobilinin azərbaycanlı sahibləri dəvət edilib.
 
Bundan başqa, Dodge Azərbaycan facebook səhifəsində və Antenn FM-də “Meqapolis” şousunda keçirilən viktorinanın qalibləri də “Forsaj 6”-ya böyük ekranda baxmaq şansı qazanacaqlar. Qapalı seans 13 sentyabr tarixində saat 19:40-da Park Cinema-da başlayacaq.