Kamran Həsənli Faiq Ağayevi özündən çıxardı

Kamran Həsənli Faiq Ağayevi özündən çıxardı
1953 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Faiq Ağayev və şoumen Kamran Həsənli arasında gərgin anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, “Space” telekanalında canlı yayımlanan “Sehirli pərdə” verilişində münsiflik edən sənətçilər bir-biri haqda atmacalı sözlər deyib.

Kamran Həsənli xalq artistinin tələbəsinin çıxışını bəyənməyib:

“İfaçılar eyni əhvalda, eyni tonda mahnılar oxuyurlar. Aranjiman çox zəifdir. Siz tanınmış müğənnisiniz, bunu necə bəyənə bilərsiz?”.

Şoumenin bu sözləri F.Ağayevi özündən çıxarıb:

“Kamran bəy, xahiş edirəm mənim qrupum haqda danışmayın. Mən nəinki burada tanınmış müğənniyəm, Faiq Ağayevi dünyada yaşayan 60 milyon azərbaycanlı tanıyır. Məni təhrik etməyin ki, təvazökarlıqdan uzaq danışım. Danışanda isə sözümü kəsməyin. Siz başqa vaxt çıxış edərsiniz”.