Ərəb şahzadəsiylə 15 dəqiqə görüşüb 500 min pul qazandı

Ərəb şahzadəsiylə 15 dəqiqə görüşüb 500 min pul qazandı
3044 dəfə oxunub
  • A-
  • A
  • A+
“Alacaqaranlıq” filminin aktrisası Kristian Stüart bir şahzadə ilə 15 dəqiqəlik görüşdən 500 min dollar qazanıb.

Axşam.az-ın məlumatına görə, Hollivud ulduzu bunun həyatında ən sərfəli görüş olduğunu deyib.

Bu açıqlamanı mediaya rejissor Harvey Ueinstein verib. O, Stüartın ərəb şahzadəsinin təklifi qarşılığında 500 min istədiyini bildirib.
 
Adının açıqlanmasını istəməyən şahzadə Sandi qasırğası üçün keçirilən konsertə dəstək olacağını vəd edib.

Qarşılığında isə aktrisa ilə təklikdə 15 dəqiqə söhbət etmək istəyib. Pulu alan məşhur ulduz onu Sandi qasırğasından əziyyət çəkənlərə bağışlayıb.