Müğənnilər İlhamə - Nazpəri davasından danışdı

Müğənnilər İlhamə - Nazpəri davasından danışdı
1766 dəfə oxunub
  • A-
  • A
  • A+
Uzun müddətdir ki, aralarındakı qalmaqal səngiməyən, məhkəməyə qədər gedib çıxan xalq artistləri İlhamə Quliyeva və Nazpəri Dostəliyeva davasına yerli sənətçilər münasibət bildirib.

Axşam.az xəbər verir ki, ANS telekanalında yayımlanan “Şou biz” verilişinin apardığı araşdırmada müğənnilər məsələylə bağlı mövqelərini açıqlayıb.

İfaçı Nadir Qafarzadə İlhamə Quliyevanın sənətindən ağızdolusu danışıb:

“Hər iki müğənni dostumdur. İlhamə xanımın sənətini izah etmək, ona tərif vermək hələ mənim gücümdə deyil. O, böyük sənətkardır”.

Sevda Yahyayeva isə bitərəf olduğunu deyib: “Mən neytral insanam. Onlar böyük sənətkarlardır. Bu məsələyə fikir bildirməyim artıq olar”.

Kərim Abbasov isə deyib ki, qadınların işinə qarışmaq istəmir:

“Bu, bir az biədəb çıxa bilər. Kişinin öz söz-söhbəti olar. Hər ikisi gözəl xanımdır. Onlara hörmətim var”.