Namiqlə Nahidin küsülü olduğu ortaya çıxdı

Namiqlə Nahidin küsülü olduğu ortaya çıxdı
1415 dəfə oxunub
  • A-
  • A
  • A+

Meyxanaçı Namiq Qaraçuxurlu ilə təşkilatçı Nahid Emiloğlunun küsülü olduğu ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, bu haqda sənətçi “Star life” verilişinə açıqlamasında deyib.

O, Nahidlə aralarında problem olduğunu bildirib:

“Nahid Emiloğlu ilə münasibətim yoxdur, problemlərimiz var. Ona görə də onun payız konsertləri siyahısında mən olmadım.

Nahid bir dəfə mənim üçün Heydər Əliyev Sarayında konsert təşkil etmişdi. Ondan sonra aramızda anlaşılmazlıq oldu. Ona işlərində uğurlar arzulayıram”.

Xəbərləri danan Nahid Namiqlə küsülü olmadığını deyib:

“Namiqin konsertini bir dəfə etmişəm. Yəqin sizinlə zarafat edib. Münasibətlərimiz çox yaxşıdır”.