Xalq artisti Aygün Kazımovanın və müğənni Rəhim Rəhimlinin “Şou Aygün Rəhimli” adlı konserti baş tutub.

Axşam.az-ın məlumatına görə, “Dalgha Beach”də keçirilən tədbirdə maraqlı anlar yaşanıb.

Aparıcılığını Şəhriyar Əbilovun etdiyi gecədə səhnəyə ilk olaraq R.Rəhimli çıxaraq sevilən mahnılarını səsləndirib. Ondan sonra səhnəyə çıxan A.Kazımova “Coffee from Columbia”, “Gecəyarı”, “Yalan bax”, “Hayat ona güzel”, “Yenə tək” və başqa mahnılarını tamaşaçılar üçün səsləndirib.

Xalq artisti R.Rəhimli ilə birgə oxuduğu “Hər şey düzələr” mahnısını da tamaşaçılara təqdim edib. Gecə boyu iki fərqli geyimdə görünən A.Kazımova repertuarında illər əvvəl hitə çevrilmiş “Karie qlaza” və “Ya devuskaya vostocnaya” mahnılarını da oxuyub.
 
Konsertdəki rəqs ansamblına rəqqasə Oksana Rəsulova rəhbərlik edib. Aygün Kazımova ilə yeni barışan Oksana ilk dəfə onunla səhnə bölüşüb.

“Şou Aygün Rəhimli”nin tanınmış qonaqları arasında müğənni Lətifə Soyuöz və Sevda Yahyayeva da yer alıb.

Konsertin səs rejissoru Yaşar Baxış, işıq rejissoru Ayxandır. A.Kazımovanın geyimlərini modelyer Gulya xanım hazırlayıb.

Foto: Kamran Aydınov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                 

Digər Xəbərlər