Sinan Akçil və Aygün konsert verəcək

Sinan Akçil və Aygün konsert verəcək
1741 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova və türkiyəli müğənni Sinan Akçil Bakıda konsert verəcək.

Axşam.az-ın məlumatına görə, Nahid Emiloğlunun təşkilatçılığı ilə baş tutacaq konsert oktyabrın 16-da keçiriləcək.

ATV telekanalında yayımlanan “Gün keçir” verilişinə qonaq olan müğənnilər konsertdən söz açıblar.

Sinan Akçil Azərbaycandan çox konsert təklifi aldığını deyib:

“Konsert təklifləri çox gəlirdi. Nahid Emiloğlunun dəvəti maraqlı idi, mən də razılaşdım”.

Aygün Kazımova Sinanın Bakıya gəlişində Nahidin böyük rolu olduğunu bildirib:

“Nahid Emiloğlu deyəndə ağıla ilk olaraq, gözəl təşkilatçı, konsertlər gəlir. Sinanın Bakıya gəlişində də Nahidin əməyi olub. Bizim konsertimiz çox gözəl alınacaq. Buna inanıram".