“Şouda başını qatanlara qiymət vermirəm”

“Şouda başını qatanlara qiymət vermirəm”
1105 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddətdir sənətdən uzaqlaşan xalq artisti Flora Kərimova istirahətdən doymur.

Müğənni Axşam.az saytına açıqlamasında səhnə üçün darıxmadığını deyib:

“Qızımla birlikdə vaxt keçirməkdən zövq alıram. Oxumaq üçün heç darıxmıram. Mən bu sənətdə sözünü demiş bir ifaçıyam. Səhnə üçün indiki cavanlar darıxar. Bizdə şou-biznes yoxdur.

Şouya qaçan biri olmamışam. Şou dalınca qaçanlara, başını burada qatanlara isə qiymət vermirəm. Əsl ifaçı şou aləmində başını dolandırmaz.

Yaxın günlərdə yeni mahnılar təqdim edəcəm”.