Sənət aləminin tanınmış simaları toylarda aparıcılıq edib, mahnı oxuyub, filmlərə çəkilməklə yanaşı biznesə də sahibdirlər.
Axşam.az tanınmışların əlavə biznesini təqdim edir:
Əməkdar artist
Cabir və Tahir İmanov qardaşlarının toy, tədbir təşkilatçılığı ilə məşğul olan şirkəti var.
Müğənni
Rəqsanə İsmayılova Rusiyada xına mərasimlərinin təşkili ilə məşğul olan şirkət açıb. İfaçı eyni zamanda Bakıda gözəllik salonuna rəhbərlik edir.
Rəqqasə
Fatimə Fətəliyevanın gözəllik salonu, gəlinlik libaslarının satışı ilə məşğul olan mağazası və rəqs məktəbi var.
Rəqqasə
Oksana Rəsulova bu yaxınlarda rəqs məktəbi açıb.
Müğənni
Rüfət Axundov bir neçə restoran işlədir. Onlardan biri də Bakı Əyləncə Mərkəzidir.
Müğənni
Elçin Hüseynovun şadlıq sarayı var.
Müğənni
Emil Bədəlov səyahət şirkəti açıb.
Müğənni
Sevda Sanəliyevanın şirniyyat mağazası var.
Əməkdar artist
Röya Ayxan moda evi açıb.
Müğənni
Vasif Məhərrəmli geyim mağazası açıb.
Meyxanaçı
Namiq Qaraçuxurlunun ayaqqabı satışı ilə məşğul olan mağazası var.
Aparıcı
Kamran Quliyev toy, ad günü təşkilatçılığı, reklam çəkilişi ilə məşğul olan şirkətə sahibdir.
Müğənni
Xuraman Şuşalı xına mərasimlərinin təşkili ilə məşğul olan şirkət açıb.
Əməkdar artist
Tünzalə Əliyeva gözəllik salonuna, xına mərasimlərinin təşkili ilə məşğul olan mərkəzə sahibdir.
Müğənni
Xatirə İslam xına mərasimlərinin təşkili ilə məşğuldur.