Gənc aktyor Türkiyədə müayinə olunacaq

Gənc aktyor Türkiyədə müayinə olunacaq
1222 dəfə oxunub
  • A-
  • A
  • A+
Böyrək çatışmazlığından əziyyət çəkən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının gənc aktyoru Rəhim Rəhimov müayinə üçün yaxın günlərdə Türkiyəyə gedəcək.

Axşam.az-ın məlumatına görə, aktyor "Report"a açıqlamasında deyib ki, hazırda müalicəsi davam edir və səhhəti normalıdır.

Ciddi pəhriz saxladığını qeyd edən R.Rəhimovun sözlərinə görə, bununla səhhətini qorumağa çalışır:

"Həkimlərin təyin etdikləri dərmanların köməyi ilə böyrəklərim qismən funksiyasını yerinə yetirir. Allaha dua edirəm ki, əməliyyata ehtiyac olmasın. Çünki əməliyyat ağır olacaq. Şükür ki, hələlik dializə getmirəm. Sentyabrın 2-də həm özüm, həm də mənə donor olmaq istəyən şəxs Bakıda müayinə olunacağıq".

Türkiyəyə müayinəyə gedəcəyini deyən aktyor bildirib ki, müayinə 3 gün davam edəcək:
 
"Ümidlə yaşayıram. İnanıram ki, hər şey yaxşı olacaq".

Səhhətində yaranan problemlərə baxmayaraq R.Rəhimov yaradıcılığına fasilə verməyib. Aktyor deyib ki, sentyabrın 15-də Şəkidə keçiriləcək II Beynəlxalq Şəki Teatr Festivalında iştirak edəcək:

"Zəng" adlı mono-tamaşamı nümayiş etdirmək istəyirəm. Sənətimlə məşğul olmaq mənə yaxşı təsir göstərir, əhvalım düzəlir".

Xatırladaq ki, Heydər Əliyev Fondu R.Rəhimovun əməliyyat xərclərini öz üzərinə götürüb.