Zukerberqin təcrübəçilərə verdiyi maaş... - fotolar

Zukerberqin təcrübəçilərə verdiyi maaş... - fotolar
13257 dəfə oxunub
  • A-
  • A
  • A+

“Facebook” şirkəti işçilərinə verdiyi yüksək maaş və dəyər ilə də diqqət mərkəzindədir.

Axşam.az Technote-yə istinadən xəbər verir ki, bəlkə də ona görə, hər kəs bu şirkətin heyətində yer almağa çalışır

Bunu nəzərə alan şirkət təcrübə keçmək istəyənlər üçün xüsusi şərait yaradır. Bir çoxlarının təcrübəçi olmaq istədiyi “Facebook”, yeni işə başlayanlara aylıq təxminən 6400 – 7500 dollar arasında maaş ödəyir. Hətta daha fəal şəxslərin maaşı 8000 dollar təşkil edə bilir.

Təcrübəçilər verilən maaşdan əlavə, bəzi başqa imtiyazlarla da təmin olunurlar. Bu imtiyazlara yaşamaları üçün ev, xərclərinin qarşılandığı səyahətlər, pulsuz yeməklər və sosial tədbirlər daxildir.