Mediadan qaçdılar, amma fanatlarından... - foto

Mediadan qaçdılar, amma fanatlarından... - foto
32912 dəfə oxunub
  • A-
  • A
  • A+

“Aşk Laftan Anlamaz” serialında “Hayat” obrazını canlandıran məşhur aktrisa Hande Erçelə aktyor sevgilisi Ekin Mert Daymaz ilə birlikdə mediada çox görünməməsi üçün qadağa qoyulmuşdu.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işini çəkən şirkət Hande ve sevgilisinin münasibətinin serial kölgədə qoyacağını düşündüyü üçün bu addımı atmışdı.

Cütlük bu qadağaya riayət edərək mediada çox görünməməyə çalışırdılar. Paparazzilərdən qaçsalar da fanatlarının kameralarından qaça bilməyiblər. Çeşmədə tətil edən Hande və Ekinin fotosu fanatları tərəfindən çəkilərək sosial mediada paylaşılıb.

Qeyd edək ki, Ekin Mert Daymaz hazırda “Hayat Sevince Güzel Güzel” serialında “Savaş” rolunu oynayır.