“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək

“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək
279 dəfə oxunub
  • A-
  • A
  • A+

15-24 sentyabr tarixində “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Axşam.az-ın məlumatına görə, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində reallaşacaq festival Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutacaq.

II Şəki Beynəlxalq Teatr Festivalına Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərindən teatr kollektivi qatılacaq.

I Şəki Beynəlxalq Teatr Festivalı 2014-cü ilin sentyabrında gerçəkləşib.

Budəfəki festivalda Azərbaycanın 5 teatrı - Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı və Gəncə Dövlət Dram Teatrı, həmçinin Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin (Dubay) teatrları iştirak edəcək. Festivalın bəzi tamaşaları Bakıda və Mingəçevirdə nümayiş olunacaq.

Festival çərçivəsində Azərbaycan peşəkar milli teatrının 144-cü mövsümünün açılışı da baş tutacaq.
 
Mərasimdə Şəki Dövlət Dram Teatrının foyesində səyyar sənət sərgisi nümayiş olunacaq.